Meyxanaçı: “Kabinetlərdə qucaqlarda gəzib…”backend

Meyxanaçı Aqşin Fateh yenidən qalmaqallı ifadələri ilə gündəmə gəlib.

Meyxanaçı ad çəkməyərək, sosial şəbəkədə onun barəsində danışan müğənnilər haqda təhqiredici ifadələr yazıb:

“Kabinetlərdə qucaqlarda dolaşıb, müğənni adı altında gəzənlər mənə şərəfdən danışacaq ən son adamdır”.

Aqşin Fateh hədələrindən də qalmayıb: “Bu son xəbərdarlığımdır. Şounuza son qoymasanız, adam içinə çıxmağa üzünüz qalmayacaq. Əsəbim son həddədir”.

Meyxanaçının bu paylaşımı bir çox izləyicilər tərəfindən xoş qarşılanmayıb.