Britaniya Rəqabət və Bazarlar İdarəsi Microsoft-un OpenAI ilə tərəfdaşlığının faktiki birləşmə olub-olmadığını araşdırmaq üçün qiymətləndirmə prosesinin başladığını açıqlayıb.
Britaniya Rəqabət və Bazarlar Təşkilatı (CMA) açıqlamasında Microsoft və OpenAI arasındakı tərəfdaşlığın ölkədə rəqabətin azalmasına səbəb olub-olmayacağını müəyyən etmək üçün qiymətləndirmə prosesinə başlanıldığını və bütün tərəflərin rəyinin alınacağını qeyd edib.
“Son zamanlar OpenAI-nin idarə edilməsində bir sıra inkişaflar baş verib, onlardan bəziləri Microsoft-u əhatə edir. Son proses də daxil olmaqla, bu inkişaflar fonunda, tərəfdaşlığın birləşmə ilə nəticələnib-nəticələnmədiyini müəyyən etmək üçün qiymətləndirmə aparılır” – deyə məlumat verilib.
Bu ilin yanvarında Microsoft OpenAI-a 10 milyard dollar sərmayə qoyub və 49 faiz pay alıb.
Mənbə: TrtHaber
Aynur Camal