Mikroavtobus uçuruma yuvarlandıbackend

Boliviyada mikroavtobusun qatı duman səbəbindən uçuruma yuvarlanması nəticəsində baş verən qəzada 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

La Pazın Koroiko şəhərinin Los Yunqas şossesində qatı duman səbəbindən mikroavtobus təxminən 200 metrdən uçuruma düşüb.

Qəza nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılar bölgədəki xəstəxanalara aparılıb.

Mənbə: İLKHA

Aynur Camal