Argentinanın yeni prezidenti Xavyer Miley ölkə başçısı vəzifəsinə başlamazdan əvvəl işçi komandasını formalaşdırmağa vaxt tapmaq üçün ABŞ-a səfərini ləğv edib.
“Yeni Gundem” xəbər verir ki, bu barədə “Telam” məlumat yayıb.
“Miley iş komandasının qurulmasına diqqəti cəmləmək üçün bu həftə sonu üçün planlaşdırılan ABŞ-a səfərini ləğv etdi”, – nəşr yazıb.
Qeyd olunur ki, Mayli inauqurasiyadan əvvəl ABŞ və İsrailə – yaxınlaşmağa başlamağı planlaşdırdığı ölkələrə səfər edəcəyini bildirib.
Bundan əvvəl Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ABŞ-ın Maylini Argentinada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik etdiyini və iki ölkə arasında möhkəm əlaqələrin inkişafına ümid etdiyini bildirmişdi. O, seçkilərin azad və ədalətli keçirildiyini də vurğulayıb.
Mənbə: Lenta.Ru
Aynur Camal