Millət vəkili Əziz Ələkbərli Niderlandın “Hollanda Azərbaycan Türk Kültür Dərnəyi” başqanı ilə görüşüb – FOTObackend
Dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Niderlandda “Hollanda Azərbaycan Türk Kültür Dərnəyi” başqanı İlhan Aşkın bəy Qərbi Azərbaycan İcmasının Qərargahını ziyarət etdi.
Qərbi Azərbaycan əsilli dəyərli qonağımıza “xoş gəldin” dedik, onu Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik etdik və ona Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə bağlı məlumat verdik.
Azərbaycan diasporunun fəaliyyəti, bu sırada “Hollanda Azərbaycan Türk Kültür Dərnəyi”nin rolu barədə geniş söhbətimiz oldu. Dərnəyin qazilərimiz üçün Azərbaycana 100 ədəd əlil arabası gətirməsinə görə təşəkkürümüzü bildirdik. Hörmətli İlhan Aşkın bəylə gələcəkdə birgə fəaliyyətimizin detallarını müzakirə etdik.
Qonağa Qarabağ həqiqətləri, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımızı Zəfərə aparan siyasi fəaliyyəti barədə kitablar təqdim etdik.
Görüşdə Qərbi Azərbaycan İcmasının Beynəlxalq əlaqələr üzrə sədr müavini dosent Həqiqət Hacıyeva və Aparat rəhbəri Abduləli Həsənov iştirak etdilər.