Millət vəkili Əziz Ələkbərli Yenigündəm.az-ı təbrik etdibackend

Yenigündəm.az saytı 3 il ərzində uğurlu yol qət edib, özünü təsdiqləyib və adını sosialmedia məkanına həkk edib.

Ölkədə və dünyada gedən proseslərə çevik münasibət bildirməklə kifayətlənməyib, həm də daim doğru, düzgün və ədalətli informasiya siyasəti yürüdüb, bəlli bir miqyasda oxucu marağını cəlb edə, oxucu rəğbətini qazana bilib.

Türk təfəkküründə 3, 7 və 40 müqəddəs rəqəmlərdir və bu mənada mən saytın 3 illiyini yubiley hesab edirəm. Və bu yubiley münasibətilə gənc dostumuz Təbriz Məhərrəmoğlu başda olmaqla Yenigündəm.az-ın bütün kollektivini ürəkdən təbrik edirəm, hər kəsə yaradıcılıq uğurları arzulayıram.

Hörmətlə,

Milli Məclisin deputatı Əziz Ələkbərli.