Millət vəkili, komandir və çoxlu adam olan bir otelə terror hücumubackend

Somalidə “Əş-Şəbab” terror təşkilatı paytaxt Moqadişoda bir otelə bombalı və silahlı hücum təşkil edib. Terror aktı zamanı çoxlu sayda insan, o cümlədən deputatlar, komandirlər və jurnalistlər yaralanıb.

Münaqişə Somali Prezident Sarayının yaxınlığında yerləşən otelə hücumdan sonra başlayıb.

Əl-Şəbab təşkilatı üzvləri tərəfindən həyata keçirilən hücumda hökumət sözçüsü Farhan Muhammed Jimale, Somali polisinin yüksək səviyyəli komandirlərindən Abdihamid Abdullahi Fanax, oteldəki jurnalistlər və bəzi parlament üzvləri də daxil olmaqla çox sayda insan yaralanıb.

Yerli mətbuatda yer alan xəbərlərdə bəzi millət vəkillərinin hadisədə həyatını itirdiyi iddia edilib.

HEÇ BİR RƏSMİ BƏYANAT VERİLMİR

Hökumət hələlik hücumla bağlı açıqlama verməyib. Hücuma görə məsuliyyəti “Əş-Şəbab” təşkilatı üzərinə götürsə də, otelin ətrafından silah səsləri gəlməkdə davam edir.

Hücuma məruz qalan və qorunan ərazidə yerləşən oteldə hökumət rəsmiləri tez-tez görüşlər keçirirdilər.

Mənbə: TGRT

Aynur Camal