Millət vəkili Ülviyyə Həmzəyevanın doğum günüdürbackend
Bu gün Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri, “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, 2010–2015 ci il IV çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, V və VI çağırış Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın bu gün duğum günüdür.

Cəmiyyətdə böyük nüfuz sahibi, səmimi, dəyərli, sadə, təvazökar, ən fəal millət vəkillərindən olan, vətənpərvər bir insan kimi tanınan Ülviyyə Həmzəyevanın 40 yaşı tamam olur.

“Yeni Gündəm” in məlumatına görə, Ülviyyə Həmzəyeva 30 aprel 1982-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonu Şəkərabad kəndində anadan olmuşdur. Orta təhsilini Naxçıvan şəhərində almışdır. 2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirmişdir. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr pilləsini fərqlənmə ilə bitirmişdir. Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərmişdir. Universitetin dissertantıdır.

Naxçıvan Ali Məclisinin V çağırışı, Azərbaycan Milli Məclisinin V çağırış deputatı və Azərbaycan Milli Məclisinin VI çağırış deputatıdır.Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.Əsərlərində əsasən milliliyi, qədimliyi, mifologiyanı və real həyatın fəlsəfəsini özünəməxsus tərzdə əks etdirməyə çalışır. Əsərləri Azərbaycan sənətinin qədim ənənələri ilə dərin əlaqəlidir. Xalçaların, miniatürlərin və qədim petrogliflərin nümunələrini xatırladan rəsm əsərləri, əfsanələr və nağılların fantastik personajlarını canlandırır.

Ülviyyə Həmzəyeva həm də Azərbaycanda ilk dəfə olaraq 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin gənclik parkında soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidənin müəllifidir. Rəssamın əsərləri, Azərbaycan, ABŞ, Çin, Türkiyə, Portuqaliya, Gürcüstan, İspaniya və.s. ölkələrdə 200 — ə yaxın qarışıq və fərdi sərgilərdə nümayiş olunmuşdur. 2008-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, 2009-cu ildə isə Azərbaycan Respublikasının Əməkdar Rəssamı fəxri adına layiq görülmüşdür. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür, 2013-cü ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvlüyünə qəbul edilmişdir. UNESCO — nun Beyneynəlxalq İncəsənət Assosasiyasının üzvüdür. 2011-ci ildən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədridir. Əsərləri şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.
Yeni Gündəm” kollektivi Ülviyyə Həmzəyevanı ad günü münasibətilə təbrik edir, can sağlığı və fəaliyyətində uğurları arzulayır!