Milli Komanda DÇ-2026-nın seçmə mərhələsində iştirakından çıxdıbackend

Şərqi Afrika ölkəsi Eritreya, futbolçuların komandanı tərk etməsi ilə bağlı narahatlıqlar səbəbilə Dünya Çempionatının seçmə mərhələsində iştirak etməyəcəyi barədə FIFA-ya məlumat verib. Eritreya, 2019-cu il Afrika Kubokunda oyunçuları səfər matçında tərk etdikdən sonra oynamayıb.

Afrikanın ən kasıb ölkələrindən biri olan Eritreyada dövlət futbol komandasının DÇ-2026-nın seçmə mərhələsinə getməsinə icazə vermir.

“Yeni Gundem”in əldə etdiyi məlumata görə, Eritreya 2019-cu il Afrika Kubokunda oyunçuları səfər matçında qaçdıqdan sonra o vaxtdan bəri heç bir matç oynamayıb.

7 futbolçu Uqandaya qaçıb 2019-cu ildə Şərqi və Mərkəzi Afrika Kuboku oyunları zamanı 7 futbolçu Uqandaya qaçıb.

Həmin il gənclərdən ibarət milli komandanın 4 futbolçusu isə Zanzibara qaçıb, 2021-ci ildə səyahətə icazə verilən qadın milli komandasının 5 futbolçusu isə Uqanda matçından əvvəl yoxa çıxıb. Onlar dünya çempionatının seçmə mərhələsində iştirak etməmək qərarına gəliblər.

Püşkatmada yer alan Eritreanın rəqibləri Mərakeş, Zambiya, Konqo, Tanzaniya və Niger olub.

Dövlət rəsmiləri bu ölkələrin çox cazibədar variantları olduğunu əsas gətirərək milli komandanın oyun oynamasına icazə verməmək qərarını davam etdiriblər.

Mənbə: EnSonHaber

Aynur Camal