Milli Məclis komitə və komissiya iclaslarını dayandırırbackend

Milli Məclisin plenar iclası öz işinə başlayıb.

“Yeni Gündəm” xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, iclasın gündəliyi ölkədə koronavirusa qarşı səmərəli mübarizənin təşkili ilə bağlıdır:

“Azərbaycanda bu sahədə görülən işlər ÜST tərəfindən yüksək qiymətləndirilir. Ötən gün Baş Nazir koronavirsula bağlı təlimat imzalayıb. Tələblərdən biri iclasların, tədbirlərin keçirilməsinin yekunlaşdırılmasıdır. Bununla əlaqədar parlamentin komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır. Fəaliyyətimizi bu təlimat məktubuna uyğun qurmalıyıq. Bu adi epidemiya deyil, Bu virus yüksək sürətlə yayılır”.

***

Koronovirusla bağlı müzakirələr başlayıb. 

Deputat Z. Oruc təklif edib ki, parlamentin üzvlərindən kimlərsə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargahın üzvü seçilsin.

***

Deputat Musa Quliyev ictimaiyyətin davranışında iki qütblülüyün olduğunu vurğulayıb: “İnsanların bir qrupunda panika, digərində  biganəlik var. İnsanlardan sadəcə Operativ Qərargahın təlimatına əməl etməsi tələb olunur. Qeyri- peşəkar həkim məsləhətlərinə qulaq asmaq lazım deyil. Bəziləri soğan-sarımsaq yeməyi,  burna perekis vurmaq kimi məsləhətlər verirlər. İnsanlar sosial şəbəkədə yalnız Qərargahın verdiyi məlumatları yaysın. Hesab edək ki, ölkədə bir aylıq müharibə  və yaxud fövqəladə rejimdir. Biz bir-birimizi qorumalıyıq”.

***

Deputat Qənirə Paşayeva çıxışında insanları məsələyə ciddi yanaşmağa çağırıb: “Nə qədər ki, İtaliyada insanlar bunu ciddiyə almadılar, bu virus sürətlə  yayılmağa başladı. Ona görə də Azərbaycan əhalisi qərargahın məlumatlarına riayət etməlidir. Əgər biz fəal ola bilsək, bunun yayılmasının qarşısını ala bilərik”.