Milli Məclis polisləri təbrik etdibackend

“Vətən müharibəsi bitdikdən sonra Azərbaycanda güc strukturlarının peşə bayramları xüsusi şəkildə qeyd edilib. Bu gün Azərbaycan polisinin peşə bayramıdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Milli Məclisin sədrinin I müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan polisi hər zaman dövlətə sədaqətlə xidmət edib:

“Hörmətli xanım sədr, icazə verəydiniz Daxili İşlər orqanlarında çalışanların peşə bayramlarını təbrik edək”.

Milli Məclisin sədri Sahibə Qafarova isə bildirib ki, bütün deputat korpusu bu təbriklərə qoşulur.