Minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək – DEPUTATbackend

“Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan yeni sosial islahatlar paketi dövlət sektorunda çalışan bütün işçilərin sosial rifahının yüksəldilməsinə yönəlmiş bir sosial layihədir”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri açıqlamasında deputat Kamilə Əilyeva deyib.

Onun sözlərinə görə, dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb: “Son 3 ilə nəzər yetirsək görərik ki, ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata qədər qaldırılıb. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 46 milyon manat təşkil edir. Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin maaşlarının minimum məbləğləri yeni sərəncamlara uyğunlaşdırılacaq”.

Deputat sözlərinə belə davam edib: “Minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin bütün pillələri üzrə artımlara imkan verəcək. Dövlət sektoru üzrə 400 min, özəl sektoru üzrə də 400 min işçinin əməkhaqqı yanvar ayının 1-dən artırılacaq. Minimum əməkhaqqının 300 manata çatdırılması ilə əlaqədar əməkhaqqı vahid tarif cədvəli əsasında tənzimlənən işçilərin maaşları da bu artıma uyğun olaraq orta hesabla 20 faiz artacaq. Deməli, ümumilikdə minimum əməkhaqqı və vahid tarif cədvəli üzrə işləyənlərin əməkhaqqı artımı 800 min nəfərə şamil olunacaq”.sia