“Miqrasiya probleminin öhdəsindən birlikdə gələ bilərik”backend

Avropa İttifaqının daxili işlər nazirləri birgə miqrasiya və sığınacaq siyasəti ilə bağlı razılığa gəlmək üçün bir araya gəliblər.Almaniyanın daxili işlər naziri Nensi Faeser deyib ki, Berlin sazişə uşaqlar üçün genişləndirilmiş hüquqları daxil etmək istəyir.

“Yeni Gundem” xəbər verir ki, Lüksemburqda keçirilən AB Daxili İşlər Nazirləri Toplantısı çərçivəsində jurnalistlərə açıqlama verən Faeser, görüşdə AB-nin ortaq sığınacaq sisteminin müzakirə edildiyinə və bu sistemin müvəffəqiyyəti üçün son həftələrdə və aylarda danışıqlar aparıldığına diqqət çəkib.

“Biz yalnız Aİ immiqrasiya probleminin öhdəsindən birlikdə gələ bilərik. Mən bütün xarici sərhədlərdə insan hüquqları standartlarına dair ümumi Avropa anlayışının olmasını istəyirəm. Ona görə də razılığa gəlməyimiz vacibdir”- Faser deyib.

Almaniyanın Ailə, Yaşlılar, Qadınlar və Gənclər naziri Liza Paus da həmçinin Almaniya hökumətinin 18 yaşından kiçik uşaqları olan ailələri və müşayiət olunmayan bütün uşaqları Aİ sərhədlərində planlaşdırılan sığınacaq prosedurundan kənarlaşdırmağa razı olduğunu bildirib.

Mənbə: pProject

Aynur Camal