Mübahisəli miqrasiya qanunu Fransada parlamentdə ilişib qalıb.
Fransa prezidenti Emmanuel Makron hökumətinin dünən parlamentə təqdim etdiyi mühacirlərə qarşı sərt sanksiyaları ehtiva edən qanun layihəsi səsvermə nəticəsində rədd edilib. Daxili işlər naziri Gerald Darmanin səsvermədən sonra verdiyi açıqlamada səsvermənin uğursuz olduğunu və istefa verə biləcəyini bildirib.
Səsvermədən əvvəl immiqrasiya qanun layihəsi ilə bağlı Daxili İşlər Naziri Gerald Darmanin deyib: “İmmiqrasiya Qanunu prosedurların tarixi sadələşdirilməsini təmin edir və mənşə ölkələrinə geri göndərilməsi lazım olan xarici vətəndaşlara bunu daha tez etməyə imkan verir. “Təqdim etdiyim immiqrasiya qanun layihəsi əvvəllər heç vaxt görülməmiş kəskin tədbirləri ehtiva edir: bu, hər il əlavə 4,000 əcnəbi cinayətkarı mənşə ölkələrinə deportasiya etməyə imkan verir” deyib.
Rədd qərarını alan Darmanin Fransa televiziyasına verdiyi açıqlamada uğursuzluğa düçar olduğunu və istefa verə biləcəyini bildirib. “Gerald Darmanin hərəkətsizlik, səhlənkarlıq və təhrifdə günahkardır”
Darmanin həmçinin deyib: “Təəssüf edirəm ki, fransızları qorumaq üçün vaxt itirdik” deyib.
Rədd edilmiş immiqrasiya qanun layihəsi ilə bağlı Milli Ralli Partiyasının prezidenti Jordan Bardella, “Gerald Darmanin hərəkətsizlik, səhlənkarlıq və təhrifdə günahkardır. Onun qanun layihəsində nəzarəti bərpa etmək üçün genişmiqyaslı tədbirlər yoxdur. Fəaliyyət göstərən demokratiyada o, istefa verməli idi. Makron indi immiqrasiya ilə bağlı referendum keçirməlidir” deyib.
“Əcnəbiləri şübhəli şəxs kimi göstərmək olmaz” – qanun layihəsi ilə bağlı bunları sosialist Partiyasının deputatı Oliver For deyib.
Mənbə: EnSonHaber
Aynur Camal