Mirziyoyev Bakıdadırbackend

Martın 1-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib.

“Yeni Gundem” xəbər verir ki, Azərbaycan və Özbəkistanın Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ali qonağı Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıb.

Fərahim Rəhimov