Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, yaxın vaxtlarda yüksək ehtimalla Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərlərinin görüşü baş tutacaq.
“Yeni Gundem” erməni mətbuatına istinadən xəbər verir ki, Mirzoyan bildirib ki, məsələ martın 20-də Moskvada Sergey Lavrovla danışıqlarda da müzakirə olunub.
Onun sözlərinə görə, hazırda İrəvanla Bakı arasında dialoq onlayn rejimdə gedir, tərəflər sülh müqaviləsi layihəsi ilə bağlı təkliflər mübadiləsi aparır, lakin müəyyən mərhələdə üzbəüz görüşlər bərpa olunmalıdır.
Fərahim Rəhimov