“Mirzoyanın dedikləri onsuz da üçtərəfli bəyanatda yazılıb”-Politoloqbackend

Xəbər verdiyimiz kimi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Misirin “Əl Qahirə nuys” nəşrinə müsahibəsi zamanı Ermənistan -Azərbaycan münasibətlərinin normallaşması prossesi haqqında danışıb.

“Birincisi, regionda bütün nəqliyyat kommunikasiyalarının açılması, ikincisi, sərhədin demarkasiyası və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, üçüncüsü isə sülh sazişidir. 2020-ci ildə baş vermiş müharibədən sonra sülh müqaviləsi ilə bağlı Azərbaycanla danışıqlar davam edir”, – A.Mirzoyan deyib.

Mövzunu “Yeni Gundem”-ə şərh edən Politoloq Kənan Novruzov Mirzoyanın açıqlamasına ciddi yanaşmağın lazım olmadığını hesab edir:

O zənn edir ki, Rəsmi Bakı bəyanatlara yox, hərəkət və davranışlara diqqət etməlidir.

“Diplomatiyada sözlər manipulyasiya xarakteri daşıyır. Onsuzda Mirzoyanın dedikləri üçtərəfli bəyanatda yazılıb.Onun minnətlə deməyə haqqıda yoxdur.Kommunikasiyalar açılsaydı bu gün bəlkədə Laçın yolunda aksiya keçirməyə ehtiyac olmazdı. Ermənistana başa salmalıyıq ki, üçtərəfli bəyanatın bəndələrini, üzərinə götürdüyün öhdəlikləri yerinə yetirməlisən”,-o dedi.

Siyasi şərhçi Kənan Novruzovun fikrincə, Mirzoyanın bəyanatı Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.

“Bakı üçün ən vacibi qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın suveren ərazilərindən çıxmasıdır”,-deyə o qeyd etdi.

Fərahim Rəhimov

Yeni Gündəm”