Misir Qasımlı aclıq aksiyasına başladı – Deputatdan AÇIQLAMAbackend

Son vaxtlar mətbuatda və sosial şəbəkələrdə çox narahatçılıqla müzakirə olunan məsələlərdən biri də II Qarabağ müharibəsi iştirakçısı, həmyerlimiz Misir Qasımlının 1 ilə yaxın müddətdə Ukraynada həbsdə saxlanılmasıdır. Bu hadisə ilə bağlı mənə Misirin qohumları bir neçə dəfə zəng edib və bildiriblər ki, Ukrainada yaşayan Misir milliyətcə erməni olan bir əcnəbi tərəfindən şərlənib.

Bunu “Yeni Gündəm”-ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Onların dediyinə görə heç bir sübut və dəlil olmadan həbsdə saxlanılan Misir Qasımlı artıq bir neçə gündür aclıq aksiyasına başlayıb və səhhətində yaranan problemə görə həkim nəzarətinə götürülüb. 44 Günlük Vətən müharibəsinin ilk günündə Müzəffər Ali Baş Kamandanın əmrinə və çağırışına qoşularaq II Qarabağ savaşında könüllü iştirak edibdir.
Misir savaş vaxtı bir neçə dəfə yaralansa da müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə, döyüşə yollanmışdır. O bu xidmətlərinə görə möhtərəm Prezidentimiz tərəfindən “Kəlbəcərin azad olunması uğrunda”medalı ilə təltif olunmuşdur. Sosial şəbəkələrdə Misirin istər ermənilərə , istərsə də Kiyevdə hakimə verdiyi cavablarda da onun açıq-aşkar şərləndiyi qənaətinə gəlmək olur. Misirin qohumları qeyd edirlər ki, bu əsassız ittihamla bağlı Ukrainada olan diaspora təşkilatımız məşğul olsa da dəfələrlə Azərbaycanın Ukrainadakı səfirliyinə müraciət etsələr də çox təəssüf ki, onları Səfirliyin heç bir əməkdaşı qəbul etməyib. Görünən həqiqət də budur ki, Ukrainada ermənilərin “qisas” əməliyyatının qurbanı olmuş qazimiz Misir Qasımlı olayı ilə bağlı Səfirlik ölkə ictimaiyyətinin bu narahatçılıqlarına bugünədək reaksiya göstərmir. İstənilən halda hətta Misir hər hansı bir cinayət törətmiş olsa da Səfirliyimiz bu məsələ ilə bağlı öz münaaibətini bildirməlidir. Misirin qohumlarının verdiyi məlumata görə onun ailəsi Qərbi Azərbaycandan erməni təcacüzü nəticəsində deportasiyaya uğramış didəegin qaçqınlardandır. Onun rəhmətlik atası I Qarabağ müharibəsi Qazisi olmuşdur. Əminəm ki, bu məsələ ilə bağlı tezliklə Respublikamızın müvafiq qurumları, eləcə də XİN də öz dəstəyini göstərəcəkdir.