Misirə 8 min əsgər göndərildibackend

Misirin şimal-qərbindəki El Alemen bölgəsində 34 ölkənin iştirak etdiyi “Parlaq Ulduz 2023” adlı ortaq hərbi təlim başlayıb.

“Yeni Gundem” xəbər verir ki, sentyabrın 14-dək davam edəcəyi bildirilən təlimdə iştirak edən ölkələrlə bağlı ətraflı məlumat verilməyib.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi “Parlaq Ulduz 2023” təlimində iştirak etmək üçün hərbi birləşmələrinin Misirə gəlişinin başa çatdığını bildirib.

Misir ordusu avqustun 26-da təlimlərə 34 ölkə və 8 min əsgərin qatıldığını açıqlayıb.

Xatırladaq ki, 2018-ci ildə də başda ABŞ və İngiltərə olmaqla 9 ölkənin, Pakistan və Hindistan da daxil olmaqla 16 ölkənin müşahidəçi qismində iştirak etdiyi “Parlaq Ulduz” təliminə Misir ev sahibliyi edib.

Covid-19 epidemiyası səbəbindən 2020-ci ildə dayandırılan təlim 2021-ci ildə 21 ölkənin iştirakı ilə Misirdə keçirilib.

Mənbə: TGRT

Aynur Camal