Miss Yaponiya tacını itirdibackend

Ukrayna əsilli olmasına baxmayaraq Yaponiya Gözəllik Müsabiqəsində kraliça seçilən Karolina Şiino (26) evli bir şəxslə münasibətdə olduğunu əsas gətirərək tacından imtina etməli olub.

Avropa görünüşü ilə Yapon mədəniyyətini əks etdirmədiyi üçün tənqid edilən Şiinonun evli həkimlə münasibətdə olduğu üzə çıxıb. Müsabiqənin təşkilatçıları Şiinonun sevgilisinin evli olduğunu bilmədiyini iddia edib. Lakin təşkilatçılar dünənki açıqlamalarında Şiinonun evli olduğunu bildiyini və tacından imtina etmək qərarına gəldiyini açıqlayıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal