İsrailə yardım əli uzadılan Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Qüdsdə Benyamin Netanyahu ilə görüşüb. Görüşdən sonra açıqlama verən Mitsotakis, “Mən bura təkcə müttəfiq kimi deyil, həm də əsl dost kimi gəlmişəm” deyib.
HƏMAS-ın “Əqsa tufanı” əməliyyatından sonra Qəzzanı tamamilə blokadaya alan İsrail ordusunun son 24 saatda həyata keçirdiyi hücumlarda 400-dən çox fələstinli həyatını itirib.
Bölgədə qarşıdurmalar 17-ci gündür davam edərkən, İsrailə dəstək verən Avropa liderlərinin baş nazir Benyamin Netanyahuya səfəri davam edir.
Maximos malikanəsində keçirilən ikitərəfli görüşlə bağlı hələlik ətraflı məlumat verilməyib.
Görüşdən sonra verdiyi açıqlamada Mitsotakis İsrailə təkcə müttəfiq kimi deyil, həm də əsl dost kimi gəldiyini ifadə edərək, “Sizi dəstəkləməyə davam edəcəyik. Bizim dəstəyimizə və köməyimizə arxalana bilərsiniz” deyib.
Xatırladaq ki, İsrail HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadalarının 7 oktyabr səhəri İsrailə qarşı başlatdığı əməliyyata “Əqsa tufanı” adı ilə müharibə elan edib.
Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi, İsrailin Qəzzaya hücumları nəticəsində 2055-i uşaq və 1119-u qadın olmaqla 5087 nəfərin öldüyünü, 15273 nəfərin isə yaralandığını açıqlayıb. İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudi məskunlaşanların hücumları nəticəsində 90-dan çox fələstinlinin həlak olduğu bildirilib.
Qarşıdurmalarda 19-u fələstinli, 3-ü israilli və biri livanlı olmaqla 23 jurnalist həyatını itirib.
Mənbə: TGRT
Aynur Camal