“Didban-e İran” saytı xəbər verir ki, Gərmsar şəhərində cümə imamı Hüseyn Məneş ilə şəhər başçısı arasında mikrofon üzərində qarşıdurma yaşanıb.
Məlumata görə, sözügedən şəhərdə keçirilən tədbir zamanı çıxış üçün öncə cümə imamı dəvət edilməli idi, lakin bunun əvəzinə şəhər başçısı səhnəyə dəvət edilib.
Cümə imamı isə tələsik ondan əvvəl səhnəyə çıxaraq kürsüdəki mikrofonu götürüb. Şəhər başçısı da buna cavab olaraq mikrofonun elektrik enerjisini kəsib.
Mənbə: Azad İran
Aynur Camal