“Moskvaya nüvə zərbəsi endirilməlidir”backend

 Sovet pilotu Çkalovun nəvəsi Moskvaya nüvə zərbəsi endirməyə çağırıb.

Sovet pilotu Valeri Çkalovun nəvəsi Daria Boqdanova hesab edir ki, “münaqişəyə son qoymaq üçün” Moskvanı nüvə silahı ilə vurmaq lazımdır. Onun sözlərini “Moskovski Komsomolets” (MK) yayıb. O əlavə edib ki, hətta bu zərbəyə “sponsorluq” etməyə hazırdır. Boqdanova Xirosima və Naqasakiyə atom zərbəsini misal çəkdi, onun fikrincə, bu, “münaqişə üçün gözəl nəticə” olub.

İsrail vətəndaşı olan Boqdanova nüvə partlayışından əziyyət çəkəcək insanlardan narahat olmadığını da qeyd edib.

Bundan əvvəl fransız tarixçisi Emmanuel Todd da bildirmişdi ki, Rusiya üçün təhlükə yaranarsa, taktiki nüvə silahı ilə qabaqlayıcı zərbə endirmək qərarına gələcək. O, Qərb siyasətçilərinin bu doktrina ilə tanış olduğuna ümid etdiyini bildirib. Todd Rusiyanın NATO-ya hücumunu da istisna edib və Moskvanın heç vaxt bunu etmək niyyətində olmadığını vurğulayıb.

Mənbə: Lenta.Ru

Aynur Camal