“Moskviç 6” avtomobilinin qiymətləri məlum oldu – FOTOLARbackend

Rusiyanın “Moskviç” şirkəti yeni “Moskvich 6” liftback modelinin qiymətlərini açıqlayıb.

Avtomobil iki komplektasiyada təqdim olunacaq: “Konfort” və “Biznes”.

Zavodun yaydığı məlumata görə, “Moskvich 6” modelinin “Konfort” versiyanın qiyməti 2 626 000 rubl (cari məzənnə ilə 44 min 650 manat, “Biznes” versiyasının qiyməti 2 826 000 rubl (cari məzənnə ilə 48 min manat) təşkil edir.

“Moskviç 6” modeli 136 at gücü hasil edən 1,5 litrlik benzin turbomühərriki ilə təchiz olunur. Daha sonra 174 at güclü GDI turbo mühərrikli versiya satışa çıxarılacaq.

“Moskviç 6” modeli tezliklə satış mərkəzlərində öz yerini tutacaq.

“Moskvich 6” modeli Çininin JAC şirkətinin “Sehol A5” modelinin adı dəyişdirilərək istehsal olunur.  Çində “Sehol A5” avtomobili 990.000 rubla (16 min 830 manat) başa gəlir, yəni “Moskvich 6″dan təxminən üç dəfə ucuzdur.

“Moskviç” avtomobil zavodu Rusiya Federasiyasında fəaliyyətini dayandıran Fransanın Renault avtomobil konserninin 2022-ci ilin mayında Moskva hökumətinə təhvil verdiyi keçmiş “Renault Russia” zavodudur. Brendin avtomobillərinin satışı yanvarda Moskva və Sankt-Peterburqda başlayıb və hazırda Rusiyanın 25 şəhərini əhatə edir. Hal-hazırda satışda iki model var: “Moskvich 3” şəhər krossoveri və “Moskvich 3e” elektrik avtomobili./Marja