İzmirin Karşıyaka rayonunda hərəkətdə olan avtomobillə toqquşan motosiklet sürücüsü aparıldığı xəstəxanada dünyasını dəyişib.
“Yeni Gundem” xəbər verir ki, İhlas Xəbər Agentliyində yer alan xəbərə görə, qəza səhər saat 02.30 radələrində Həsən Əli Yücel bulvarında baş verib. E.D. Mavişehirdən Karşıyakaya gedirmiş. (19) tərəfindən idarə olunan 35 ERD 88 nömrəli avtomobil, yol ayrıcından yola çıxan Şafak Görkem Yeniayın (21) idarə etdiyi 35 BNN 247 nömrəli motosiklet sürücüsü ilə toqquşub.
Motosiklet sürücüsü toqquşmanın şiddətindən yolda sürüklənərkən avtomobil ağaca çırpılıb və avtomobilin təhlükəsizlik yastığı açılıb. Qəza şahidləri əraziyə polis və həkik qrupları cəlb edilərkən, polis yolda təhlükəsizlik tədbirləri aldı.
Hadisə yerinə gələn həkim qrupları tərəfindən vəziyyətinin ağır olduğu müəyyən edilən motosiklet sürücüsü və yüngül xəsarət alan avtomobil sürücüsü təcili yardım maşınları ilə Çiğli Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.
Motosiklet sürücüsü Şafak Görkem Yeniay aparıldığı xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib və həyatını itirib. Yeniayın yemək sifarişi firmasında motokuryer işlədiyi öyrənilib. Həmin xəstəxanada müalicə alan avtomobil sürücüsü E.D.-nin həyatı üçün təhlükə olmadığı bildirilib.
Avtomobillər qəza yerində yedəyə alındıqdan sonra bulvarda hərəkət normallaşıb, hadisə ilə bağlı araşdırma başlanıb.