Mövlud Çavuşoğlu: “İsveç və Finlandiya iradə nümayiş etdirməlidirbackend

“İsveç və Finlandiya gözləntilərimizi təmin etmək üçün iradə nümayiş etdirərsə, hər iki ölkənin NATO-ya üzvlüyü istiqamətində addımlar atıla bilər”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Əgər ən tez müddətdə Alyansa üzv olmaq istəyirlərsə, lazımi addımları atmalıdırlar. Biz kiminsə haqqına göz dikməmişik. Heç kim bizi təcrid etməsin”, – o söyləyib.

Report