MSK ona da “yox” dedi – Fotobackend

Bu gün 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürmüş, fiziki məhdudiyyətli Aynurə Xudiyeva əlil arabasında Mərkəzi Seçki Komissiyasının (MSK) iclasına qatılıb.

“Qafqazinfo” xəbər verir ki, iclasda 95 saylı Tərtər seçki dairəsindən namizədliyini irəli sürmüş, əlil namizəd Aynurə Xudiyevanın müraciətinə baxılıb.

A. Xudiyeva müraciətində qeyd edib ki, o 7 saat ərzində 500 imza toplayıb. Ayın 10-u sənədlərini saat 19:00- da təqdim edib. Ayın 11-də qanunvericiliklə müəyyən olunmuş müddət bitdiyinə görə, akt tərtib edib. Lakin qanunvericiliklə müəyyən edilmiş müddətdə sənədlər təqdim edilmədiyinə görə, onun müraciəti qismən təmin edilib və DSK-nın qərarı qüvvədə saxlanılıb.

Günel Türksoy