Mübahisəli immiqrasiya qanununa etirazlar gücləndibackend

Fransanın 160-dan çox yerində hökumətin mübahisəli immiqrasiya qanununa qarşı nümayişlər keçirilib. Hökumətin mübahisəli immiqrasiya qanunu başda paytaxt Paris olmaqla ölkənin müxtəlif şəhərlərində etiraz edilib.

Parisin Trocadero meydanında başlayan nümayişə həmkarlar ittifaqları və Dözülməz Fransa (LFI) Partiyasının deputatları Mathilde Panot, Tomas Portes və Rachel Keke də qatılıb.

Nümayişçilər hökumətdən “Mühacirlər çox deyil, deputatlar arasında irqçilər çoxdur”, “Biz burada doğulmuşuq, burada qalırıq” kimi şüarlar və daxili işlər naziri Gerald Darmaninin əleyhinə olan immiqrasiya qanunundan imtina etməyi tələb ediblər.

Qanunun fransız mühacirlərə və ikili vətəndaşlara qarşı “irqçi qanun” olduğunu müdafiə edən nümayişçilər ölkədə yaşayan hər kəsə yaşayış icazəsi verilməsini tələb ediblər.

Nümayişçilər əllərində “İnsan olaq” və “İmmiqrasiya qanununa yox” şüarları qaldırıblar. Paytaxtdakı nümayişə görə Concorde və Tuileries kimi müxtəlif metro dayanacaqları nəqliyyata bağlanıb.

Bu barədə Baş Həmkarlar İttifaqının (CGT) baş katibi Sofi Binetin bəyanatında deyilir.

Fransa mətbuatında yer alan xəbərlərə görə, Daxili İşlər Nazirliyi Parisdəki nümayişlərə 16 min, ölkə daxilində isə 75 min adamın qatıldığını açıqlayıb.

Parlamentin 19 dekabr 2023-cü ildə təsdiqlədiyi immiqrasiya qanunu ölkədə yaşayan əcnəbilərə verilən kirayə dəstəyi və ailə müavinətlərini müəyyən iş şəraiti ilə əlaqələndirir. Qanuna görə, işləyən əcnəbilər Fransaya gəldikdən 3 ay sonra, işləməyən əcnəbilər isə 5 ildən sonra kirayə dəstəyindən yararlana biləcəklər.

Mənbə: TrtHaber

Aynur Camal