Mübariz Mənsimov: “Mən bir türk milliyətçisi, Atatürk sevdalısıyam…”backend

Bu gün Türkiyədə məhkəmə qarşısına çıxarılan tanınmış iş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimov hakimlər qarşısında çıxış edib.

“Yeni Gündəm” xəbər verir ki, M.Mənsimov növbəti dəfə FETÖ ilə hər hansı bağlılığının olmasını bəyan edib:

“Hörmətli sədr, olanları görürsüz, eşitdiniz. Mənim FETÖ deyilən şərəfsizlə əlaqəm olmayıb, tam əksinə onlar mənimlə mübarizə aparıb. Səhhətim yaxşı deyil, ədalətin doğru qərar verməsini istəyirəm, deyilənlər böhtandır. Mən bir Türk milliyətcisi, Atatürk sevdalısıyam. Nə işim ola bilər FETÖ ilə? Mən şiyəyəm. Bizdə inam-filan olmaz. Tamamiylə yalandır bunlar. Mən bütün sənədləri, bilgisayarımı, telefonlarımı öz əlimlə məhkəməyə təqdim etdim. Mən 10 ildir eyni telefon işlədirəm. O şərəfsizlərlə yaxından-uzaqdan heç bir əlaqəm olmayıb. Mən bu məhkəmədə heç bir dəlil görmədim, sadəcə oyun gördüm. Sizdən xahiş edirəm hüququ doğru tərəfə istifadə edin”.