Müdafiə Nazirliyi: Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutubbackend
“Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutub”.
Bu haqda “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir:
“İyulun 19-u saat 17.00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.
Cavab atəşi ilə düşmən susdurulub. Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.