Müdafiə Nazirliyi məlumat yaydıbackend

İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsində komandaların yarışların birinci mərhələsinə hazırlıq prosesi davam edir.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Müsabiqədə ölkəmizi təmsil edən Azərbaycan Ordusunun hərbi qulluqçuları atışların sıxlığı və sərrastlığına nail olmaq məqsədilə onlara təhkim0 edilən silahları sıfırlayaraq döyüş vəziyyətinə gətirib, sınaq atışları icra ediblər.

Hərbi qulluqçularımız tərəfindən sınaq atışları uğurla yerinə yetirilib.