Müdafiə Nazirliyi təcili açıqlama yaydıbackend

Bəzi sosial şəbəkə hesablarında guya Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması barədə əsassız məlumatlar paylaşılır.

Bu barədə “Yeni Gundem”-ə Müdafiə Nazirliyindən bildirilib.

“Bu məlumatları qəti surətdə təkzib edirik. Vətəndaşlarımızı bu cür yalan məlumatlara aldanmamağa və rəsmi təsdiqini tapmayan məlumatları paylaşmamağa çağırırıq”, – nazirlikdən əlavə edilib.