Müdafiə Nazirliyinin nümayəndə heyəti Qazaxıstana getdibackend

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu bu ölkəyə səfər edib.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.

Səfərin proqramına uyğun olaraq nümayəndə heyətinə qoşun xidməti və hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik və digər mövzularda brifinq təqdim olunub.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Fərahim Rəhimov