27 İyl 2020 - 14:371.9 KMüddət açıqlandı - İyulun 29-30-da...Telegram Dövlət İmtahan Mərkəzi tərəfindən 29-30 iyul 2020-ci il tarixlərində növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək. DİM-dən verilən məlumata görə, imtahanlar respublikanın 20 şəhər və rayonunda təşkil olunacaq. İmtahanlar saat 11:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur. İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. Şagirdlər (abituriyentlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər: – İmtahana buraxılış vərəqəsi; – Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır); – Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). İmtahanda iştirak edəcək şagirdlər (abituriyentlər) “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından iyunun 26-dan etibarən çap edib götürə bilirlər. İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur. Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 135 imtahan binası, 2131 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 135 ümumi imtahan rəhbəri, 362 imtahan rəhbəri, 2826 nəzarətçi–müəllim, 270 buraxılışı təşkil edən əməkdaş, 135 bina nümayəndəsi ayrılıb. 29-30 iyulda müxtəlif təyinatlı məktəblərdə – internat məktəblərində, xüsusi axşam-qiyabi orta məktəblərdə, eşitmə pozulmaları və danışma əngəlli şagirdlər üçün xüsusi məktəblərdə, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə, ingilis və ya fransız dilli məktəblərdə təhsil alan şagirdlər üçün də imtahanlar keçiriləcək. İmtahanlarda fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) 134 şagird iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər, eşitmə əngəlli şagirdlər üçün isə surdopedaqoqlar təyin edilib. İyulun 29-da keçiriləcək imtahanlarda 13809, iyulun 30-da keçiriləcək imtahanlarda isə 14115 nəfər olmaqla, ümumilikdə 27924 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulur. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Bundan əlavə, imtahan günündən 2 gün əvvəl Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər – binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir. Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır. İmtahan iştirakçıları imtahan binasına daxil olmaq üçün yoxlamadan keçərkən sosial məsafəni saxlamaqla şəxsiyyətini təsdiq edən sənədi, üst tərəfini DİM əməkdaşının görəcəyi şəkildə ona tərəf uzatmalı və müvəqqəti olaraq maskasını çıxardaraq üzünü göstərməlidir. repartyor YoutubeInPage Reklam (Advisitnet) Loading... www.facebook.comDaha tez məlumatlanmaq üçün Facebook səhifəmizi www.busaat.azReklam (Dostlar)BƏNZƏR XƏBƏRLƏR591GÜNDƏM08 Yan 2021 - 17:31Qazi Vüsal Musayevin intihar etmək səbəbinə psixoloji aspektdən yanaşma – Psixoloq Rövşən Nəcəfov1.3 KSOSİAL08 Yan 2021 - 01:26SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Sabah bu şəxslər özlərini narahat hiss edəcək2.1 KSOSİAL07 Yan 2021 - 22:06“Atanın ağlı olaydı, ölməyəydi” — İcra başçısı şəhidin qazi oğlunun torpağını əlindən alır1.6 KSOSİAL07 Yan 2021 - 14:10“2000 şəhid və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib” - Sahil Babayev1.7 KSOSİAL07 Yan 2021 - 13:20Məcburi köçkünlər üçün tikilən evlər şəhid ailələrinə veriləcək - İlham Əliyev1.7 KSOSİAL23 Dek 2020 - 13:03Nazirdən pensiyaçılara ŞAD XƏBƏR - Gələn ildən ETİBARƏN...1.6 KSOSİAL17 Dek 2020 - 16:11Müddət açıqlandı: 10 gün ərzində...1.3 KSOSİAL17 Dek 2020 - 16:00Baş Nazir sərəncam imzaladı - 9 068 128 manat ayrıldı1.8 KSOSİAL17 Dek 2020 - 15:42Bir qrup şəhid ailəsi və müharibə iştirakçısı işlə təmin edildi1.9 KSOSİAL17 Dek 2020 - 13:55Qaz və işıq limiti ilə bağlı açıqlama1.8 KSİYASƏT16 Dek 2020 - 13:45Elman Abdullayev geri çağırıldı - SƏRƏNCAM1.3 KSOSİAL16 Dek 2020 - 12:15Vəzifəli şəxslərə müavinət verilməsi qaydası dəyişdi
591GÜNDƏM08 Yan 2021 - 17:31Qazi Vüsal Musayevin intihar etmək səbəbinə psixoloji aspektdən yanaşma – Psixoloq Rövşən Nəcəfov
1.3 KSOSİAL08 Yan 2021 - 01:26SON DƏQİQƏ! Əhaliyə xəbərdarlıq edildi: Sabah bu şəxslər özlərini narahat hiss edəcək
2.1 KSOSİAL07 Yan 2021 - 22:06“Atanın ağlı olaydı, ölməyəydi” — İcra başçısı şəhidin qazi oğlunun torpağını əlindən alır
1.6 KSOSİAL07 Yan 2021 - 14:10“2000 şəhid və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib” - Sahil Babayev
1.7 KSOSİAL07 Yan 2021 - 13:20Məcburi köçkünlər üçün tikilən evlər şəhid ailələrinə veriləcək - İlham Əliyev