Müəllimdən şagirdinə ‘İsrail’ hədəsi: Başını kəsəcəyəmbackend

ABŞ-da orta məktəb müəllimi dərsə gətirdiyi İsrail bayrağı ilə narahatlığını bildirən 13 yaşlı şagirdini “başını kəsməklə” hədələyib.

CNN-in məlumatına görə, Gürcüstanda orta məktəbdə 7-ci sinif müəllimi işləyən 51 yaşlı Benjamin Riz sinif otağına İsrail bayrağı gətirib.

Yəhudi müəllim Riz “İsraillilər Fələstinliləri öldürür” deyə bayraqdan narahat olduğunu bildirən 13 yaşlı müsəlman tələbəsini təhqir edib və onu “başını kəsməklə” hədələyib.

Hadisə baş verən zaman məktəbdə növbətçi polis əməkdaşının yazdığı reportaj dekabrın 7-də baş verən hadisənin şahidlərinin ifadələrinə əsaslanır.

Məlumata görə, Riz sözügedən tələbənin ünvanına söyüş söyüb və “başını kəsməliyəm” deyib.

Hadisə zamanı qonşu sinifdə dərs deyən başqa bir müəllim, Rizin şagirdə müraciət etdiyini və “Yəhudi bayrağıma hörmətsizlik etdiyi üçün onu avtomobilimin arxasına sürüyəcəyəm (bağlayacağam) və başını kəsəcəyəm” dediyinin şahidi olduğunu deyib.

Xəbərdə qeyd edilib ki, hadisədən sonra məktəb direktoru və polis məmuru ilə qarşılaşan Rizin əvvəlcə heç kimlə danışmadığına dair yalan ifadə verdiyi, daha sonra isə onun olduğunu deyən şagirdinə xəbərdarlıq etdiyini iddia edib. İsrail bayrağından narahat olduğunu, “antisemit” hərəkət etdiyini, lakin “irqçi bir şey” demədiyini söyləyib.

Xəbərdə Rizin hadisəni təfərrüatlı şəkildə izah etməsi istənildikdə əsəbiləşərək “qapı tutanını təpiklədiyi”, müəllimin polis əməkdaşına “vətəndaş hüquqlarından istifadə etdiyini” dediyi bildirilib.

Hyuston bölgəsinin polis rəsmiləri şahid ifadələrindən ibarət hesabatı nəzərdən keçirib və “uşağa işgəncə vermək” və “terror təhdidləri etmək” ittihamı ilə müəllim Riz saxlanılıb.

Yerli media saxlanılan Rizin iş yekunlaşana qədər 7500 dollar girov ödəyərək sərbəst buraxıldığını bildirib.

Mənbə: TrtHaber

Aynur Camal