Fransada ibtidai və orta məktəb müəllimləri iş şəraitinin yaxşılaşdırılması və maaşların artırılması tələbi ilə bu gün tətilə başlayıblar.
Fransa milli mətbuatında yer alan xəbərə görə, ölkənin aparıcı təhsil birliklərinin çağırışı ilə paytaxt Parisdə və bir çox şəhərlərdə müəllimlər tətilə çıxıb.
2023-cü ilin dekabr ayından etibarən davam edən bu etirazlar əmək haqqı və iş şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Təhsil naziri Amelie Oudea-Kasteranın dövlət məktəbləri ilə bağlı tənqidi açıqlamaları müəllimlərin reaksiyasına səbəb olub. Təhsil nazirinin açıqlamaları ilə əməyinin dəyərsiz göründüyünü düşünən müəllimlər hökumətə reaksiya verib.
Bildirilib ki, təhsil birliyi tətildə iştirak nisbətini Paris üçün yüzdə 65, Val-de-Marn, Drome, Ardeche və Pyrenees-Atlantiques şəhərləri üçün isə yüzdə 50 olaraq proqnozlaşdırıb.
Həmçinin bu gün ölkə üzrə ibtidai və orta məktəb müəllimlərinin 40 faizi tətil edib.
Nazir Oudea-Kasteranın dövlət məktəblərində dərslərin müəllimsiz keçirildiyini bildirib və uşaqlarını Parisdəki özəl məktəbə göndərib. Bundan sonra ölkədə müzakirələr daha da artıb.
Mənbə: Ntv.Tr
Aynur Camal