Müğənni Camala Rusiyada axtarışa verilidibackend

Ukraynalı müğənni Camala Rusiyada cinayət maddəsi ilə axtarışa verilib.

Ukraynalı müğənni Camala – Susana Camaladinova Daxili İşlər Nazirliyi tərəfindən aşağıdakı kimi axtarışa verilib.

Süsanə Camaləddinova, 27 avqust 1983-cü il. Axtarış üçün əsaslar: cinayət maddəsi ilə axtarışdadır”, – vəsiqədə qeyd edilib.

Sənətçinin hansı cinayət maddəsi ilə məsuliyyətə cəlb olunduğu açıqlanmır. Camala 1983-cü ildə Qırğızıstanda anadan olub. Uşaq ikən Aluşta yaxınlığındakı Maloreçenskoye kəndinə köçüb.

2016-cı ildə Ukraynanı Eurovision beynəlxalq mahnı müsabiqəsində təmsil edib və burada Krım tatarlarının deportasiyası haqqında mahnı ilə birinci yeri tutub. Çoxları qeyd edib ki, bu kompozisiya “Eurovision” qaydalarını pozur, çünki tərkibində siyasi çalar var.

Mənbə: mail.ru

Aynur Camal