Müğənni: “Evim 32 kvadratmetrdir, ruhumdakı sənəti bu evə necə sığdırım?”backend

Əməkdar artist Firuzə İbadova evinin kiçik olduğundan üç nəfərlə yaşamaqda çətinlik çəkir.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə o, “Günün sədası” verilişində danışıb.

Müğənninin evindən çəkilən görüntülər yayımlanıb. İbadova bildirib ki, ipotekaya götürdüyü evindən borclar hələ də qalıb:

“Evə daxil olarkən çox üzülürəm. Ruhumdakı sənəti bu evə necə sığdırım? Qızım, övladı və mən qalırıq. 32 kvadratmetrdir. Pandemiyadan sonra borcumu verə bilmədim”.