Müğənninin şərəfinə heykəl qoyuldubackend

Müğənni Şakiranın doğulduğu şəhərdə onun şərəfinə heykəl açılıb.

“Yeni Gundem”in məlumatına görə, Kolumbiyalı müğənni Şakiranın şərəfinə onun doğulduğu Barranquilla şəhərində heykəl açılıb, Espectador xəbər verib.

“Dekabrın 26-da Barranquillada Şakiranın şərəfinə heykəl açılıb”, – nəşr yazıb.

Şəhərin meri Jaime Pumarejo X sosial şəbəkəsində müğənninin “bəstələyən ürəyi, yalan danışmayan ombası, tayı-bərabəri olmayan istedadı, kütləni hərəkətə gətirən səsi” olduğunu qeyd edib.

Qoy siz Karib dənizinin qadın və qızlarını ruhlandırmaqda davam edin”, – şəhər meri yazıb.

Müğənninin özü də X sosial şəbəkəsində ona “vətəninin sakinlərinin böyük sənət istedadının nümunəsi” üçün təşəkkür edib.

Mənbə: mail.ru

Aynur Camal