Müharibələr səhiyyənin maliyyələşdirilməsinə təsir edirbackend

YUNİSEF bildirib ki, İsrail-Fələstin münaqişəsi və Rusiya-Ukrayna müharibəsi Qərbi və Mərkəzi Afrikada fövqəladə ictimai sağlamlıq və uşaq sağlamlığına müdaxilələrin maliyyələşdirilməsinə təsir edir.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) Qərbi və Mərkəzi Afrika üzrə Reproduktiv, Ana, Yenidoğulmuş Uşaq və Yeniyetmə Sağlamlığı üzrə rəhbəri Dr. Boon Alexandre bildirib ki, Fələstin və Ukraynada davam edən münaqişələr səbəbindən regionda səhiyyəyə müdaxilələrə ayrılan vəsait təxminən 50 faiz azalıb.

“İsrail-Fələstin böhranı və Rusiya-Ukrayna müharibəsi kimi böyük problem olanda ABŞ, İngiltərə və Çin kimi fövqəldövlətlərin bütün diqqətini çəkirlər”- deyən Aleksandr əlavə edib ki, donor ölkələr indi resurslarının böyük hissəsini müharibə bölgələrindəki humanitar vəziyyətə yönəldirlər.

“Yeni Gundem” xəbər verir ki, Alexandre həmçinin, mövcud vəziyyətin digər ictimai sağlamlıq problemləri ilə yanaşı, yüksək qida çatışmazlığı və yeni doğulmuş ölüm halları ilə mübarizə aparmaq üçün Afrika ölkələrini çox ehtiyac duyulan resurslardan məhrum edə biləcəyini söyləyib.

Boon Alexandre Qərbi və Mərkəzi Afrika ölkələrinin hökumətlərini donor ölkələrdən vəsait cəlb etməklə bu boşluğu aradan qaldırmaq üçün səhiyyə büdcələrini artırmağa çağırıb.

Mənbə: TrtHaber

Aynur Camal