Müharibəni dayandırmaq üçün iki şərt qoyuldubackend

İsrailin Qəzzaya hücumları 61 gündür davam edir. Təl-Əviv rəhbərliyi müharibəni dayandırmaq üçün 2 şərt irəli sürüb. Üstəlik, İsrail bu şərtlərin “danışıq mümkün olmadığını” bəyan edib.

HƏMAS-ın oktyabrın 7-də başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab olaraq iki aydır Qəzzanı bombalayan İsrail müharibənin dayandırılması üçün iki şərt irəli sürüb. İsrailin Baş naziri Binyamin Netanyahunun sözçüsü Ofir Gendelman keçirdiyi mətbuat konfransında şərtləri açıqlayaraq, “Müharibə bu gün dayandırıla bilər” deyib.

 ”Müharibə bu gün dayandırıla bilər. Ancaq iki şərtlə. Bunlardan birincisi HƏMAS-ın Qəzza zolağındakı bütün girovları istisnasız olaraq azad etməsi, ikincisi isə HƏMAS Hərəkatının liderlərinin təslim olub hərəkatı dağıtmasıdır”.

HƏMAS Qəzzada İsrail ordusunu məğlub edəcəyini dedikdən sonra, İsrail həbsxanalarındakı bütün fələstinli məhbusların azad edilməsi də daxil olmaqla, daha geniş razılaşma əldə olunarsa, girovları azad edəcəyini bir daha bəyan edib.

Qəzzadakı fələstinli qrupların mənbələri “Şərq əl-Avsat”a danışarkən, bir çox cəbhələrdə çox şiddətli toqquşmaların olduğunu və ən şiddətli toqquşmaların Cibəliyyə, Şucaiyyə, Xan Yunis və Deyr əl-Baleh ətrafında baş verdiyini bildirib. Mənbələr vurğulayır ki, ‘rezistorlar iki gün ərzində İsrail ordusunun bu bölgələrin dərinliklərinə doğru irəliləyərək itkilər verərək onları geri çəkilməyə məcbur edib’.

Mənbə: TGRT

Aynur Camal