“Müharibəni Putin qazanmamalıdır”-Şoltsbackend

Almaniya kansleri Olaf Şolz deyir ki, Ukraynada müharibə tezliklə bitməyəcək və Rusiya qoşunları çıxarılmadan sülhün bərqərar olması mümkün deyil.

“Yeni Gundem” Almaniya mətbuatına istinadən xəbər verir ki, Almaniya kansleri Rheinische Post qəzetinin təşkil etdiyi tədbirdə deyib: “Biz buna hazır olmalıyıq ki, bu, uzun müddət çəkə bilər.

Onun sözlərinə görə, müharibə bitdikdən sonra da hər şey dərhal normallaşmayacaq.

“Ancaq biz onu bitirmək üçün cəhdlərimizi dayandırmamalıyıq”- o deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasına Ukraynada sülhün bərqərar olması üçün şərtləri diktə etməyə imkan verilməməlidir.

“Ukrayna öz ərazi bütövlüyünü və müstəqilliyini qorumağı bacarmalıdır”, – deyən Almaniya kansleri Rusiya ordusunun çıxarılması olmadan Rusiya ilə Ukrayna arasında sülhün mümkünlüyünü görmür.

“Rusiya prezidenti Vladimir Putin müharibədə qalib gəlməməlidir. Sərhədlər güc yolu ilə pozulmamalıdır”, – Şolts bildirib.

Fərahim Rəhimov