Mülki əhali silahlanır!backend

İsrail Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir İsrail vətəndaşlarını silahlandırmaq üçün təcili əməliyyata başladıqlarını açıqlayıb.

HƏMAS-ın ötən həftə başlatdığı şok hücuma hazırlıqsız yaxalanan İsrail, indi mülki əhalini silahlandırır.

Ben-Qvirin bəyanatına görə, İsrail HƏMAS-ın hücumundan sonra mümkün qədər çox mülki vətəndaşı silahlandırmaq üçün “təcili əməliyyata” başlayıb.

İlk mərhələdə sərhədə yaxın yaşayan könüllülərə 4 min tüfəng, güllə, dəbilqə və gülləkeçirməz jilet paylanacağını açıqlayan Ben-Gvir, 10 mindən çox odlu silahın alınması üçün təlimat verdiyini açıqlayıb və nazirliyə təşəkkür edib.

Ben-Qvirin bəyanatından sonra nazirlik əməliyyatla bağlı bir sıra qaydalar açıqlayıb. Mülki əhalinin silahlandırılması əməliyyatı çərçivəsində, uyğun şəhərlərdə yaşayan və heç bir cinayət keçmişi və ya sağlamlıq problemi olmayan hər kəs silah lisenziyası üçün müraciət edə biləcək.

Müraciət edənlər yalnız bir telefon zəngi ilə bir həftə ərzində silahlarını alacaqlar. Yeni tənzimləmə ilə güllə satışına çeviklik gətiriləcək və mövcud limit 50-dən 100-ə qaldırılacaq.

Qeyd edilib ki, bu səfər Bunker Busters bombaları sayəsində İsrail qüvvələrinin əsgərlərini riskə atmadan HƏMAS-ı hədəf aldığı yazılıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal