Mülki insanlar uzun lüləli silahlarla dolaşır!backend

Minlərlə insan lisenziya almaq üçün növbə gözləyir.

“Yeni Gundem”xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahunun xalqı silahlanmağa təşviq etməsi və Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin başlatdığı silahlanma kampaniyası ölkədə reaksiya ilə qarşılanıb.

İsraildə indi bir çox insan küçələrdə uzun lüləli silahlarla gəzir.

Xatırladaq ki, HƏMAS-ın oktyabrın 7-də başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab olaraq 38 gündür Qəzzaya bombalar yağır. Qəzzada dağıntılar dəhşətli həddə çatarkən, İsrail küçələri də xaos içində idi. İsrailin baş naziri Benyamin Netanyahu mülki insanları silahlanmağa təşviq etdi və bir çox mülki vətəndaş uzun lüləli silahlarla küçələrdə gəzməyə başladı.

Oktyabrın 7-dən İsraildə silah saxlamaq üçün lisenziya müraciətlərinin sayının 190 mini keçdiyi bildirilir. İsrailin ivrit dilli iqtisadi xəbər saytı “Calcalist” yazıb ki, “müharibə başlayandan 7 oktyabrdan bəri Milli Təhlükəsizlik Nazirliyinə silah lisenziyası üçün 190 mindən çox müraciət edilib”.

İfrat sağçı və ayrı-seçkilik ritorikası ilə tanınan Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir mülki yəhudiləri və köçkünləri silahlandırmaq üçün kampaniyasını sürətləndirib. Fələstinlilərə qarşı irqçi davranışları ilə gündəmə gələn Ben-Qvir on minlərlə İsrail vətəndaşını silahlandırdıqlarını da açıqlayıb.

Yüz minlərlə şəxsi silah lisenziyası müraciətinin İsraildəki Odlu Silahlar Şöbə Müdirliyinə daxil olduğunu bildirən Ben-Gvir, sosial media hesablarında İordan çayının qərb sahilindəki qeyri-qanuni yəhudi məskənlərində təşkil etdiyi silah paylama tədbirlərinin fotolarını paylaşıb.

Bu kadrlarda Ben-Qvirin yəhudi köçkünlərə çoxlu sayda ABŞ istehsalı M16 tipli avtomatik tüfənglərlə dolu masalarda və silah qutularında silah payladığı da görülüb.

Mənbə: TGRT

Aynur Camal