Mümkün iğtişaşları sərt şəkildə yatırmağı əmr etdibackend

Çeçenistanın rəhbəri Ramzan Kadırov təhlükəsizlik qüvvələrini iğtişaşların təhrikçilərini dərhal saxlamağa və bir şəxs üç xəbərdarlıq atəşinə reaksiya verməsə, “alnına güllə” basmağa çağırıb.

“Əgər icazəsiz iğtişaşlara gedən bir nəfər də olsa, onu saxlayıb həbs edin. Yaxud havaya üç dəfə xəbərdarlıq atəşi açın və sonra həmin şəxs qanuna əməl etmirsə, dördüncü gülləni alnına vurun. Daha çıxmayacaqlar. Bu, mənim əmrimdir”

– deyə o, respublika hökumətində keçirilən müşavirədə Daxili İşlər Nazirliyinin və Rusiya Milli Qvardiyasının nümayəndələrinə bildirib.

Mahaçqalada yerli sakinlər Təl-Əvivdən gələn təyyarənin uçuş-enmə zolağına daxil olublar. Bildirilib ki, onlar gələn İsrail vətəndaşlarını axtarır, həmçinin ərazidən çıxan avtomobilləri yoxlayırlar.

Şimali Qafqaz Federal Dairəsi üzrə Daxili İşlər Nazirliyinin məlumatına görə, 83 nəfər saxlanılıb. Kütləvi iğtişaşlarla bağlı cinayət işi açılıb. Kadırovun daha əvvəl dediyi kimi, “Çeçenistanda belə bir təxribatın qarşısı alınıb”. O, Dağıstandakı hadisələri şərh edərkən qeyd edib ki, “Rusiyanın düşmənlərinin ardınca getmək və vəziyyəti daxildən sarsıtmaq olmaz”.

Mənbə: mail.ru

Aynur Camal