“Yeni Gundem” xəbər verir ki, Türkiyənin EnSonHaber saytı Ermənistandan Azərbaycan arasında bağlanan bəyanat haqqında məlumat dərc edib.
Məlumatda qeyd olunur ki, Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib ki, 15 gün ərzində Azərbaycanla sülh sazişi imzalana bilər.
Həmçinin qeyd olunub ki, Ermənistanın işğalı altında olan Qarabağda Azərbaycanın hökmranlığı tam şəkildə bərqərar olub.
İki ölkə arasında 2-ci Qarabağ müharibəsindən sonra başlayan sülh danışıqları başa çatmaq üzrədir. Azərbaycan və Ermənistan arasında ötən il başlayan sülh danışıqları ilə bağlı İrəvandan açıqlama verilib.
“15 gün ərzində müqavilə imzalana bilər”
Demək olar ki, bütün əsas məsələlərdə tərəflər arasında razılıq əldə edildiyini bildirən Simonyan, “Prosesə zərər verməmək üçün təfərrüat vermək istəmirəm” deyib.
Ermənistanın baş naziri Nikol Paşinyan may ayında verdiyi açıqlamada Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını bildirmişdi.
Azərbaycan prezidenti İlham Əliyev isə ötən ay verdiyi bəyanatda İrəvan administrasiyasının münasibətini dəyişəcəyi təqdirdə ilin sonuna kimi sülh sazişinin imzalana biləcəyini bəyan edib.
Mənbə: En Son Haber
Aynur Camal