Müqəddəs kitabların yandırılmasını qadağan edən qanun qəbul edildibackend

. Danimarkada müqəddəs kitabların yandırılması və onlara hücum edilməsini qeyri-qanuni edən qanun layihəsi qəbul edilib.

Danimarka parlamentində keçirilən səsvermədə 77 deputat əleyhinə, 94 deputat isə qanun layihəsinin lehinə səs verib.

Səs çoxluğu ilə qəbul edilən qanuna əsasən, ölkədə Qurani-Kərimin və digər müqəddəs kitabların yandırılması, bu kitablara qarşı hücumlar və dini dəyərləri hədəf alan nalayiq davranışlar qadağan ediləcək.

Qanunu pozanlar cərimələnə və ya iki ilədək həbslə cəzalandırıla bilər.

 Qanunun qüvvəyə minməsi üçün Danimarka kraliçası II Marqretin imzası lazımdır.

Mənbə: TrtHaber

Aynur Camal