“Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil” – Məleykə Abbaszadəbackend

“Ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səbəb abituriyentlərin II cəhdə daha yaxşı hazırlaşmalarıdır: “Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil. Verilən plan yerləri ilə də bağlıdır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur. Müəyyən ixtisaslarda çoxalma var. Dəqiq məlumat vermək üçün hər bir ixtisasla bağlı əsaslı təhlil və müqayisə aparılmalıdır”.