Musiqi beyin sağlamlığını qorumağa kömək edir?backend

İngiltərədə aparılan bir araşdırma göstərib ki, musiqi ilə məşğul olmaq yaddaşı kəskin saxlayaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək edir.

“International Journal of Geriatric Psychiatry”də dərc olunan araşdırmaya görə, Exeter Universitetinin alimləri musiqi ilə məşğul olan və musiqi ilə məşğul olmayan insanların beyinlərinin necə yaşlandığını araşdırıblar.

Araşdırmada 40-68 yaş arası 1100-dən çox insan üzərində alət çalmağın, mahnı oxumağın, not oxumağın, musiqi dinləmənin və musiqi istedadının insan beyninə təsiri araşdırılıb.

Tədqiqatçılar həyatlarında musiqi ilə məşğul olan və heç vaxt musiqi ilə maraqlanmayan insanların idrak məlumatlarını müqayisə ediblər.

Nəticələr göstərib ki, piano və ya orqan çalan insanlar musiqi ilə məşğul olmaqdan daha çox faydalanırlar, lakin sadəcə musiqi dinləmək idrak sağlamlığına eyni təsir göstərmir.

 Araşdırma, musiqi ilə məşğul olmağın yaddaşı güclü tutaraq sonrakı yaşlarda beyin sağlamlığını qorumağa kömək etdiyini və müntəzəm olaraq not oxuyan insanların daha yaxşı rəqəmsal yaddaşa sahib olduğunu ortaya qoyub.

Araşdırmanın aparıcı müəllifi Prof. Anne Corbett BBC-yə verdiyi açıqlamada qeyd edib ki, xüsusilə alətlərdə çalmağın beyinə böyük təsirləri olduğunu vurğulayan Korbet, “Araşdırma insanların demans riskinin necə aktiv şəkildə azala biləcəyini və musiqinin bunu azaltmada rol oynadığını göstərir” deyib.

İngiltərədəki “Dementia UK” adlı təşkilat da araşdırmanın nəticələrinin demans xəstələrinə müsbət təsir göstərdiyini və bu xəstələrin musiqidən ünsiyyət vasitəsi kimi istifadə etdiyini bildirib.

Mənbə: TrtHaber

Aynur Camal