Musiqi festivalı qan gölünə çevrildibackend

Səhra dəhşəti! Musiqi festivalının iştirakçıları raket hücumuna məruz qalıb.

“Yeni Gundem” xəbər verir ki, İsrail daxilində HƏMAS yaraqlıları tərəfindən həyata keçirilən ən davamlı və koordinasiyalı hücumun vurduğu çoxsaylı yerlərdən biri də musiqi festivalının keçirildiyi şəhər olub.

Qeyd edək ki, keçirilən Nova Festivalı Qəzza-İsrail sərhədi yaxınlığındakı kənd əkinçilik sahəsində açıq havada təşkil edilib. Bütün gecə rəqs şənliyi nəzərdə tutulmuşdu.

Lakin işturakçılar səhər açılan kimi siren və raket səslərini eşitməyə başladıqlarını söyləyib: “Açıq məkanda olduğumuz üçün gizlənəcək yerimiz belə yox idi”. “Hamı çox panikaya düşdü və əşyalarını götürməyə başladı.”

İsrail xilasetmə xidməti Zakanın məlumatına görə, festivalın keçirildiyi ərazidə  ən azı 260 cəsəd tapılıb. İştirakçıların bəziləri girov götürülüb, sosial media videolarında silahlı şəxslər tərəfindən ələ keçirildiyi paylaşılıb.

CNN videonu tam olaraq yayımlamır, çünki atəş yaxınlaşdıqca bir neçə nəfərin yerə yıxıldığı görünüb. Videoda  yıxılan insanların gizləndiyi, yoxsa onlara atəş açıldığı bəlli deyil. Gibly adlı festival iştirakçısı CNN-ə deyib ki, o, meşəyə qaçıb və nəhayət keçib gedən başqa bir avtomobilə minib. O, yolun kənarlarında çoxlu ölü və yaralı adam gördüyünü deyib: “bir konsert iştirakçısı mikroavtobusun qarşısında güllələnərək öldürüldü, digəri isə avtomobilin sərnişin oturacağında ölüb. Bu dəhşət idi” – o deyib.

Gibly hələ də konsertdə olan dostları ilə əlaqə saxlamağa çalışır. O, başqalarının sağ qalıb-qalmadığını, əsir götürüldüyünü və ya daha pis olduğunu bilmir.

Məlumatda bildirilir ki, festivalın təşkilatçıları İsrail təhlükəsizlik qüvvələrinə itkin düşmüş iştirakçıları tapmaqda kömək etməyə çalışır.

Həmçinin, Almaniyanın Bild xəbər agentliyinin əldə etdiyi videoda bir alman qadın Rikarda deyib: “Bu səhər Almaniya vətəndaşı olan qızım Şani Nikol Louk bir qrup turistlə birlikdə İsrailin cənubunda Fələstinli Həmas tərəfindən qaçırılıb”.

“Bizə bir video göndərildi ki, mən qızımızın Qəzza zolağının ətrafında sürərkən fələstinlilərlə birlikdə maşında huşsuz vəziyyətdə olduğunu aydın şəkildə görə bildim” deyib. “Sizdən xahiş edirəm ki, bizə kömək və ya hər hansı bir xəbər göndərəsiniz. Çox sağ olun.”- deyə Almaniyanın Xarici İşlər Nazirliynə müraciət edib.

Mənbə: CNN

Aynur Camal